Hüquqi
İstifadə şərtləri
Bu şərtlər BizNex platformasından (veb panel + kassa proqramı) istifadəyə aiddir. Qeydiyyat və ya giriş etməklə şərtləri qəbul etmiş sayılırsınız.
1. Xidmət
BizNex mağaza əməliyyatlarını (satış, stok, xərc, heyət, hesabat) idarə etmək üçün verilir. Paket limitləri (filial, istifadəçi, məhsul) seçdiyiniz tarifə görədir və master paneldən dəyişdirilə bilər.
2. Hesab
Giriş məlumatlarınızın məxfiliyi sizə aiddir. Kassir hesabı yalnız kassa proqramındandır; veb panelə kassir ilə girilmir.
3. Ödəniş və abunə
Onlayn ödəniş şlüzü hələ qoşulmayıb. Ödəniş nağd, kart və ya köçürmə ilə qəbul olunur və master paneldə qeyd edilir. Sınaq müddəti bitəndə giriş dayandırıla bilər.
4. Məlumat
Satış, stok və müştəri qeydləri sizin şirkətinizə məxsusdur. Biz onları başqa müştəriyə göstərmirik. Texniki dəstək üçün yalnız sizin göndərdiyiniz ticketə baxırıq.
5. Qadağalar
- Sistemi qanunsuz satış və ya saxta sənəd üçün istifadə etmək
- Başqa şirkətin hesabına girməyə cəhd
- Kassa/proqramı lisenziyasız yaymaq
6. Məsuliyyət
Lokal kassada internet kəsilməsi, cihaz nasazlığı və ya səhv daxil edilmiş say/qiymət nəticəsində yaranan fərqlərə görə operator məsuliyyət daşıyır. Biz ehtiyat nüsxə və audit jurnalı təqdim edirik.
7. Dəyişiklik
Şərtlər yenilənə bilər. Əhəmiyyətli dəyişiklik paneldə və ya əlaqə vasitəsilə bildiriləcək.