Hüquqi
Məxfilik siyasəti
BizNex şəxsi və biznes məlumatlarını yalnız xidməti göstərmək üçün toplayır.
Hansı məlumat toplanır
- Qeydiyyat: ad, e-poçt, telefon, şirkət adı
- Əməliyyat: satış, stok, xərc, kassir hərəkətləri, audit jurnalları
- Texniki: IP, cihaz/terminal aktivasiyası, xəta logları
Necə istifadə olunur
Məlumat hesabı açmaq, abunəni idarə etmək, dəstək vermək və sistemi təhlükəsiz saxlamaq üçündür. Reklam üçün üçüncü tərəfə satılmır.
Kim görür
Şirkət admini yalnız öz mağazasının datasını görür. Master (BizNex komandası) abunə, deaktivasiya və sizin açdığınız dəstək ticketlərinə baxır; başqa müştərinin satış siyahısını «gəzmək» üçün istifadə etmir.
Saxlama
Məlumat xidmət müddəti boyu saxlanılır. Hesab silinəndə əlaqəli qeydlər texniki olaraq silinə və ya anonimləşdirilə bilər.
Hüquqlarınız
Öz məlumatınıza baxmaq, düzəltmək və silinməsini tələb etmək üçün dəstək ticketi və ya e-poçt göndərin.
Əlaqə: info@bakuvisolutions.az